SON XƏBƏRLƏR
18 Avqust 2018
Liderlər Fələstindəki son hadisələri müzakirə ETDİLƏR
DÜNYA 20:24 / 16.05.2018
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org-un  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Fələstindəki son hadisələri müzakirə ediblər.
"Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər”, məlumatda deyilir.
Söhbət zamanı həmçinin Suriyadakı vəziyyət və iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani və Roma Papası Fransisk ilə Fələstindəki vəziyyəti müzakirə edib.