Mingəçevir şəhərində yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə M.Maqomayev prospektlərinin kəsişməsində qeydə alınıb. Belə ki, traktor şəhərin əsas prospekti ilə hərəkətdə olan 8 sayli marşrut avtobusuna çırpılıb. Nəticədə iki sərnişin -1974-cü il təvəllüdlü Məlahət Məhəbbət qızı Tağıyevaya və başqa bir gənc qız yüngül xəsarət alıb. Onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.