PSJ-nin futbolçusu Neymarın "Reala keçəcəyi ilə bağlı xəbərlər mətbuatın gündəmini zəbt edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Barselonanın lideri Lionel Messi də məsələyə münasibət bildirib. Leo sabiq komanda yoldaşının əzəli rəqibin heyətinə keçməsinin dəhşətli hadisə olacağını vurğulayıb:

"Neymarın "Barselonadakı yerini müəyyənləşdirəndə, bu keçidin dəhşətli hadisə olacağını demək olar. O, burda xeyli titul qazanıb.

Bu, bizim hamımıza ağır zərbə olacaq. Üstəlik, Neymar əzəli rəqib "Realı da gücləndirəcək.