"Qalatasaray keçmiş baş məşqçisi Çezare Prandelliyə külli miqdarda təzminat verməli olacaq.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "Qalatasarayın 2014/15 mövsümündə komandanı 16 rəsmi oyuna çıxaran, daha sonra isə istefaya göndərilən italyan mütəxəssisə 7 milyon avro məbləğində təzminat verməli olduğu qeyd edilib.

Belə ki, klubdan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən 60 yaşlı mütəxəssisin tələbinə müsbət cavab verilib. CAS-ın qərarına əsasən, "cim-bom sabiq baş məşqçisinə 7 milyon avro ödəməli olacaq.