"Mançester Sitinin futbolçusu Serxiuo Aquero "Barselonanın oyunçusu Lionel Messi ilə bir komandada oynaya bilmək perspektivi barədə danışıb. 

Unikal.org xəbər verir ki, Aquero artıq bunun mümkünsüz olduğunu deyib. O, yaş amilinin bu ideyaya mane olduğunu vurğulayıb:

"Mənimlə Messi bir komandada? Əvvəllər belə şans olub, ancaq indi mümkün deyil. Buna mane olan əsas səbəb isə yaşla bağlıdı.

Messi "Barselonada qalacaq. O, orda əla oyun nümayiş etdirir. Elə mən də karyeramı "Mançester Sitidə davam etdirəcəm.