Bu gün müqəddəs Ramazan ayının ikinci günüdür. 

Unikal.org idman camiəsində oruc tutub-tutmadıqları ilə bağlı sorğu keçirib.

İki qat paralimpiya, ikiqat dünya və 6 dəfə Avropa çempionu cüdoçu İlham Zəkiyev: "Bəli oruc tutmuşam, Allahın köməyi ilə ayın sonuna qədər də tutacam. Məşqlərdə problem yoxdur. Sadəcə olaraq məşqləri sabahları deyil, axşamları edirik.




Olimpiya oyunlarının gümüş medalçısı, cüdoçu Rüstəm Orucov: "Məşqlərə görə oruc tuta bilmirəm. Təlim-məşqlərimiz olur. Amma inşallah çalışacam ki, şənbə və bazar günü tutum. Oruc tutub, namaz qılan dostlarımız var. Mən bu əməllərə çox yaxşı baxıram.



Cüdo və sambo üzrə 11 qat Dünya, 8 qat Avropa çempionu Zülfiyyə Hüseynova: "İnşallah, Allahın izni ilə 1 ayı tutacam. Quranı açıb oxusanız görərsiniz ki, Allah buyurub ki, "Mən insanları və cinləri yaratdım ki, mənə ibadət etsin. Bu da Allahaın bizə göndərdiyi 5 ibadətdən, islamın şərtlərindən biridir. Bu da bizim boynumuzda haqdır. Ona görə hamımız oruc tutmalıyıq. Məşqlərdə də problem yoxdur. Allah o qədər güc-qüvvət verir ki, heç vaxt susuzluğu da hiss etmirsən. Çünki orucu Allah üçün tutursan. Bunun da mükafatını inşallah Allah o bir dünyada verəcək".



MMA federasiyasının rəhbəri, məşhur döyüşçü Şəhriyar Abbasov: "Hər gün məşqlərdə oluram deyə, oruc tuta bilmirəm. Amma onu deyim ki, əvvəllər də oruc tutan olmamışam. Oruc tutanlara münasibətim normaldır. Ramazan müsəlmanların gözəl bayramıdır.

Düzdür, ifrat dərəcədə olan, fanatizim dində də yaxşı qarşılanmır. Amma ibadət edən hər kəsə hörmətlə yanaşırıq. Təəssüflə deməliyəm ki, mən özüm namaz qılmıram.



Azərbaycan Kiboks Federasiyasının vitse-prezidenti, keçmiş idmançı Güloğlan Cabbarov: "Bəli, oruc tuturam. Əlbəttə 1 ay tutacam. Hər il 1 ay oruc tuturam, sonuna kimi-¦



Qılıncoynatma üzrə Avropa Oyunlarınən bürünc medalçısı Sevinc Bünyatova: "Yox tutmuram. Məşqdə susuz qalmaq çətin olur. Çünki bədən tərləyir və adam su istəyir.



Avropa və dünya çempionu, Kikboks üzrə qızlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov: "Yox, oruc tutmuram. Çünki yarışlar var, ona hazırlaşırıq. Amma məncə buna ehtiyac yoxdur. Tutanlara Allah kömək olsun.


Aygün İlqarqızı