Serxio Busketsin yayda "Barselonanı tərk edəcəyi barədə söz-söhbət gəzir.

Unikal.org xəbər verir ki, "Barselonanın yarımmüdafiəçisi Andres İnyesta da bu məsələyə münasibət bildirib. O, Busketsin komandanı tərk edəcəyinə inanmadığını deyib:

"Onun "Barsadan getməsi çox böyük səhv olardı. Ancaq bunun baş verəcəyinə inanmıram.

Buskets uzun illərdi ki, "Barselonada çıxış edir. Özü də yüksək səviyyədə. O, komanda üçün vacib fiqurdu.

Serxio "Barsada 2008-ci ildən çıxış edir.