Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start veriləcək.

Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, millimiz də turnirdə ilk oyununa çıxacaq.

 A qrupunda yer alan Azərbaycan yığmasının ilk rəqibi Ukrayna olacaq.Faiq Qarayevin komandasə rəqibini Bakıda qəbul edəcək.Görüş saat 18:00 start götürəcək.Matçı Yunanıstan Voleybol Federasiyasından Epaminondas Gerothodoros və azərbaycanlı Eldar Əliyev idarə edəcək.A qrupunun digər oyununda isə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.

 

Qızıl Avropa Liqası

I tur

19 may

 

18:00. Azərbaycan - Ukrayna  

Hakimlər: Epaminondas Gerothodoros (Yunanıstan), Eldar Əliyev (Azərbaycan)

Bakı, Voleybol mərkəzi