Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasına start verilib. 

Unikal.org-un məlumatına görə, Azərbaycan millisi də turnirdə ilk oyununa çıxıb.

A qrupunda yer alan yığmamızın ilk rəqibi Ukrayna olub. Faiq Qarayevin komandası Bakıda keçirilən görüşə uğursuz başlasa da, əzmkarlıq nümayiş etdirib.

Belə ki, ilk setdə uduzan millimiz oyunda dönüş yaradıb. Nəticədə komandamız meydanı 3:1 hesablı qələbə ilə tərk edib.

Qeyd edək ki, A qrupunun digər oyununda isə Bolqarıstan Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib.