Türkiyənin "Sivasspor klubunun baş məşqçisi Samet Aybaba istefa verib.

Unikal.org xəbər verir ki, o, bu barədə qərarını Super Liqanın ötən gün baş tutan sonuncu - 34-cü turu çərçivəsində "Beşiktaşla oyundan (1:5) sonra açıqlayıb.

Xatırladaq ki, Aybaba Sivas klubunu 2017-ci ilin mart ayından etibarən çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsümü 49 xalla 7-ci pillədə başa vurub.