SON XƏBƏRLƏR
18 Avqust 2018
Səməd Seyidovdan fərqli olaraq, O İSTEFA VERDİ (FOTO)
SİYASƏT 23:40 / 20.05.2018
Avropa Şurası Parlament Assambleyasının keçmiş rəhbəri Perdo Aqramunt AŞPA-dan istefa verib. 

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, Pedro Aqramunt bu qərarı mayın 16-da AŞPA Müstəqil komitəsinin onun mandatının dondurulması barədə qərarını açıqladıqdan sonra verib. Sanksiyalar Aqramunta AŞPA-nın müşahidəçi missiyalarında iştirak etməyə və məruzəçi vəzifəsini tutmağa 10 il müddətinə qadağa qoyub.

Mənbəyə əsasən, Pedro Aqramunt həmçinin İspaniya Senatından istefa vermək niyyətindədir. Burada o, son 25 il ərzində Valensiya muxtar icmasını təmsil edir.