İspaniya çempionatının sonuncu - 38-ci turunda keçirilən "Barselona - "Real Sosyedad oyunundan (1:0) əvvəl mükafatlandırma mərasimi olub.

Unikal.org xəbər verir ki, "Barselonanın futbolçusu Lionel Messi aprel ayında La Liqanın ən yaxşı futbolçusu seçilib. "Real Sosyedadla oyundan əvvəl Messiyə mükafat təqdim olunub.

Mükafatı isə Leonun sabiq komanda yoldaşı, hazırda karyerasını Qətərin "Əl-Sədd klubunda davam etdirən Xavi təqdim edib.

Xavi "Barselonada 1998-2015-ci illərdə çıxış edib.