SON XƏBƏRLƏR
20 Iyun 2018
Məleykə Əsədovaya bahalı ərəb atı hədiyyə olundu - FOTO-VİDEO
MƏDƏNİYYƏT-ŞOU 13:21 / 21.05.2018
Xalq artisti Məleykə Əsədovaya bahalı ərəb atı hədiyyə edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Məleykə Əsədovaya "Uğur" adlı bahalı ərəb atı bağışlayıblar. Məsələ ilə bağlı saytımıza açıqlama verən xalq artisti at saxladığını və atın hədiyyə olduğunu bildirib:

"Mənim 3 ildir atım var. Mehdiabad qəsəbəsində 2-ci Savxozda yerləşən atçılıq mərkəzində saxladıram. Həmin at ərəb atıdır. Çoxdandır atımı görməyə getmirdim, sırağa gün - şənbə günü getmişdim".

Xalq artisti Məleykə Əsədova atın qiyməti və onun kim tərəfindən bağışlandığını isə açıqlamayıb:

"Mən atın qiyməti haqda danışmaq istəmirəm. Elə imkana malik adam deyiləm ki, o cins at alım. Ərəb atını mənə ad günümdə hədiyyə olunub .Sənətçiyə hədiyyə edərlər də".

Əldə etdiyimiz məlumata görə Mehdiabad qəsəbəsində yerləşən atçılıq mərkəzində bir atın aylıq saxlanma qiyməti 500 manatdır. Həmin mərkəzdə də hər at qəbul edilmir. Yalnız xüsusi cins atları həmin atçılıq mərkəzində saxlatdırmaq mümkündür.

Qeyd edək ki, ölkəmizə gətirilən xüsusi ərəb atlarının ən ucuzunun qiyməti 150-200 min manatdan başlayır.



Famil Fərhadoğlu