"Atletikonun qolkiperi Yan Oblak İspaniya La Liqasında mövsümün ən yaxşı qapıçısı olub.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı "Marka yayıb. Sloveniyalı qolkiper La Liqada mövsümün ən yaxşısına təqdim edilən "Samora mükafatına sahib çıxıb. O, ardıcıl 3-cü il bu mükafata yiyələnib.

Oblak mövsüm ərzində şans qazandığı 37 matçda 22 qol buraxıb ki, bu da, hər oyuna orta hesabla 0,59 qol deməkdi.