Mingəçevir şəhərində sərnişin mikroavtobusunun qəzaya düşərək aşması nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

17:22

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Nəticədə avtobusda olan şəxslərin xəsarət aldığı bildirilir.

Faktla araşdırma aparılır.