Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında "sms xəbərdarlıq xidməti müştərilərə pulsuz təklif olunur.

Nazirlikdən unikal.org-a verilən məlumata görə, "Azərpoçt MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan anında xəbər tutacaqlar.

Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.

Əməkhaqqı kartının sahibi "Azərpoçt MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən "sms xəbərdarlıq xidmətini aktivləşdirə bilər.

Qeyd edək ki, "Azərpoçt MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı 22 min 305 nəfərdir.