İspaniya La Liqasına vəsiqə qazanan ilk klubun adına aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, Sequnda Liqanın 40-cı turunda səfərdə "Luqoya 2:0 hesabıyla qalib gələn "Hueska klubu elitaya vəsiqə qazanıb.

Mövsümün başa çatmasına iki tur qalmış bu komanda 75 xalla liderdir. Bu komandanın əsas izləyicisi "Rayo Valyekano isə ikinci pillədədi. "Hueska son iki turda uduzsa belə, ən azı ikinci yerdə qalacaq. Bu isə sözügedən komandanın La Liqaya vəsiqəni təmin etməsi anlamına gəlir.

Qeyd edək ki, "Hueska tarixində ilk dəfə İspaniya çempionatının yüksək dəstəsində mübarizə aparmaq hüququ qazanır.

La Liqanı "Deportivo, "Las Palmas və "Malaqa klubları tərk edib.