SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Oqtay Əsədov prezidentlə görüşdü - FOTOLAR
SİYASƏT 12:17 / 22.05.2018
Serbiyanın Prezidenti Aleksandr Vuçiç Azərbaycan Milli Məclisində (MM) olub.

Parlamentdən unikal.org-a verilən məlumata görə, o, MM sədri Oqtay Əsədovla görüşüb.

O.Əsədov Aleksandr Vuçiçin vaxtilə Serbiyanın Baş naziri kimi də Milli Məclisdə olduğunu xatırladıb. Ölkələr arasında əlaqələrin tarixindən danışan Milli Məclisin sədri münasibətlərin yeni müstəvidə inkişaf etdiyini bildirib. Spiker vurğulayıb ki, bu ölkələr bir-birinin ərazi bütövlüyünü dəstəkləyir: "İki ölkə arasında iqtisadi əlaqələr daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var. Ölkələrimiz arasında imzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edir.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, beynəlxalq qurumlardakı əməkdaşlığın da razılıq doğurduğunu söyləyib.

Prezident Aleksandr Vuçiç Azərbaycan-Serbiya əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən Serbiya Prezidenti bu istiqamətdə lazımi addımların atıldığını diqqətə çatdırıb.

Serbiya dövlətinin başçısı qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Prezident vurğulayıb ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək.