Bakıdan Beyləqana gedən avtomobil qəzaya düşüb.

Unikal.org xəbər verir ki, qəza, Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib. 

Belə ki, 42 CA 252 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişənlərdən birinin hərbçi olduğu bildiriıir. 

Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən hərbçi Murad Muradovdur, digərinin isə kimliyi hələlik məlum deyil. 

Famil Fərhadoğlu