Rusiyada keçiriləcək dünya çempionatında İngiltərə millisinin kapitanının adına aydınlıq gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt kapitanlıq sarğısını "Tottenhemin hücumçusu Harri Keynə həvalə edib. Bu barədə məlumatı İngiltərə Futbol Federasiyasının saytı yayıb.

Keyn 2015-ci ildən yığmanın şərəfini qoruyur. 24 yaşlı hücumçu milli formada keçirdiyi 23 oyunda 12 qola imza atıb.

İngiltərə seçməsi DÇ-2018-də Panama, Belçika və Tunislə bir qrupda mübarizə aparacaq.