Bakıdan Beyləqana gələn "Mersedes" markalı avtomobil qəzaya düşərək yaralanan qadınla bağlı Beyləqan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov açıqlama verib.

Ə.Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, yaralı Zöhrabova Zöhrə Dadaş qızıdır:
"Qadın 1973-cü il təvvəlüdlü, Astara rayonu Marxan kənd sakinidir. Qadın qapalı kəllə-beyin travması alıb, başın əzilməsi, hər iki yuxarı ətrafın əzilməsi yarası ilə reanimasiyada müalicə alır. Vəziyyəti ağırdır.

Qəzada hərbçi Murad Muradovla birlikdə dünyasın dəyişən digər şəxs isə onun qaynıdır. Yaralı Zöhrə Zöhrabova isə hərbçi Murad Muradovun qayınanasıdır".

***

Beyləqan Rayon Polis Şöbəsindən "Qafqazinfoya verilən məlumata görə, hərbçi Murad Muradov Məhəmmədli oğlunun idarə etdiyi avtomobil idarəetməni itirərək qəza törədib. Nəticədə özü və qaynı Babayev Toğrul Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Digər sərnişin - Babayeva Zöhrə Bəydadaş qızı isə yaralanıb.

Z.Babayeva ölən hərbçinin qayınanasıdır.

Famil Fərhadoğlu