Türkiyədə fahişəlik edən daha iki azərbaycanlı qadın saxlanıldı.

Unikal.org-un əldə etdiyi məlumata görə, Kuşadası Təhlükəsizlik Müdirliyi Asayiş Büro Komandirliyinə köhnə Cümə Bazarı ərazisi yaxınlığında yerləşən bir hosteldə fahişəliklə məşğul olma barədə şikayət daxil olub. Dərhal  əməliyyat təşkil edən polis qrupları, Azərbaycan əsilli iki qadını cinayət başında yaxalayıblar. Hadisə ilə əlaqədar 2 qadın olmaqla, hostelin sahibi A.B. və nəzarətçisi A.A-da saxlanılıblar. 

Polis hadisələ əlaqədar tədqiqat başlayıb. Saxlanılan iki Azərbaycanlı qadın isə deportasiya edilməsi üçün immiqrant bürosuna gətirilib.