İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 3 rayonun polis bölməsində monitorinq keçirib.

Unikal.org xəbər verir ki, bu barədə lent.az-a Komitənin sədri Tural Hüseynov məlumat verib. Onun sözlərinə görə, monitorinq Şabran, Quba və Qusar rayonlarının polis bölmələrində keçirilib: "Monitorinq çərçivəsində saxlanılan şəxslərlə və məhbuslarla görüşdük. Xırda nöqsanları nəzərə almasaq, monitorinqin nəticələri qənaətbəxşdir, heç bir şikayət daxil olmadı".

Sabah Komitə üzvləri Müdafiə Nazirliyinin Qusarda yerləşən N saylı hərbi hissəsində monitorinq keçirəcəklər.