ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaları açıqayıb.

Unikal.org teleqraf -a istinadən bildirir ki, sanksiyaların açıqlandığı bir vaxtda Qətərin "Əlcəzirə" telekanalı "ABŞ-ın İrana qarşı "B" planı yoxdur, müharibə qapıda" başlıqlı reportaj hazırlayıb. Reportajda İranın bütün tələblərdən imtina etdiyi və müharibənin qaçılmaz olduğu əsaslandırılır.

Qeyd edək ki, ABŞ bu gün İranın beş vətəndaşına qarşı sanksiya tətbiq edib. Onların arasında Tehran Universitetinin tanınmış professoru Məhəmməd Marandi də var. Marandi İranın nüvə proqramının zənginləşdirilməsində maraqlı olan şəxslərdən sayılır və o, öz elmi nəzəriyyələri ilə bu prosesə dəstək göstərir.

ABŞ Maliyyə Nazirliyi yeni sanksiyanın tətbiq edilməsinin konkret səbəblərinii hələlik açıqlamayıb.