Türkiyənin Qars vilayətinin Ermənistanla sərhəddə yerləşən Kağızman mahalının Çemçe-Madur bölgəsində jandarm qüvvələrinin aviaəməliyyatları nəticəsində 6 PKK-çı zərərsizləşdirilib.

Unikal.org bildirir ki, Milli İstehbarat Təşkilatının (MİT) əvvəlcədən ötürdüyü məlumata görə, ərazidə 8 PKK-çı olub.

Əməliyyatların davam etdirildiyi bildirilib.