SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Bərdədə 80 yaşlı kişi kanala düşdü, 24 saatdan sonra xilas edildi (FOTO)
HADİSƏ 13:37 / 23.05.2018
Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki,  1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.

Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.

Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda carəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət koldan tutaraq qalıb.

Ərazidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.

Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.

Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qalır və ev şəraitində müalicə alır.