SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Qəbiristanlıqda bitən ömür - Ürəkdağlayan görüntülər (VİDEO)
HADİSƏ 14:21 / 23.05.2018
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində qəbiristanlıqda yaşayan adamın görüntülərinin davamı tamaşaçılara təqdim edilib.

Unikal.org xəbər verir ki, illərdi qəbiristanlığı özünə ev edən Azər Bağırova Space Tv yardım edib. Teleaparıcı Amil Xəlil ilk öncə səhiyyə nazirliyi ilə əlaqə saxlayıb və Bağırov haqqında məlumat verib. Qısa zamanda Təcili yardım gəlir və halsız vəziyyətdə olan Azər Bağırovu xəstəxanaya aparır. 3 gün sonra verilişin çəkiliş heyəti yenidən Azər dayı ilə görüşə gedib. Azər Bağırovun daha bir istəyi isə qızına qovuşmaqdır.

Amil Xəlilin Azər Bağırovun qızına yazdığı məktub isə vəziyyətin daha gərgin olduğunu göstərib: "Yaşadığı qəbiristanlıq elə son mənzili ola bilər...Nə qədər ki gec deyil atana sahib çıx..."

Qeyd edək ki "Olar? Olmaz!" verilişi həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır...