SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Su İdmanı Sarayında ölən şəxs mərkəzin əməkdaşı imiş
İDMAN 14:49 / 23.05.2018
Bakı Şəhər Halqası Su İdmanı Sarayında baş vermiş ölüm hadisəsinə ölüm faktı ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 22-də Su İdmanı Sarayı ərazisində fəaliyyət göstərən "BCC Marshal" Mərkəzinin əməkdaşı Yusifov Asəf Fərəməz oğlunun iş zamanı qəflətən halı dəyişib və insult nəticəsində vəfat edib.

Qeyd olunub ki, vəfat etmiş şəxs Su İdmanı Sarayında məşq etmir və məşq nəticəsində həyatını dəyişməyib. Buna görə də həmin şəxsin guya məşq nəticəsində vəfat etdiyi barədə məlumat həqiqətə uyğun deyil.