SON XƏBƏRLƏR
21 Iyun 2018
“Park Bulvar”da 16 yaşlı qız itkin düşdü
HADİSƏ 16:43 / 23.05.2018
Bakıda 16 yaşlı qız itkin düşüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən "Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.