SON XƏBƏRLƏR
20 Avqust 2018
19 Avqust 2018
Faiqin mənzildə meyiti tapıldı - Bakıda
HADİSƏ 18:42 / 23.05.2018
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Unikal.org-un  FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə mütəxəssislər cəlb olunub. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.