ABŞ prezidenti Donald Tramp güman edir ki, o, Kim Çen Inla Sinqapurda təşkil olunacaq sammitdə görüşəcək.

Unikal.org xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Bu, iyunun 12-də olar bilər, baxarıq. Gələn həftə biləcəyik", - deyə o, jurnalistlərə bildirib.

ABŞ və Şimali Koreya liderləri sammitdə tarixdə ilk dəfə olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılmasını və KXDR-in nüvə-raket sınaqlarının dayandırılmasını müakirə edəcəklər.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, sammitin keçirilməsi Kim Çen Inın mövqeyindən asılıdır.