Hava şəraiti əlverişli olsa, Şimali Koreyanın "Punqeri nüvə poliqonu mayın 24-də söküləcək.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR hökumətindən bildiriblər.

Poliqonun bağlanma mərasimini işıqlandırmaq üçün Şimali Koreyaya gələn xarici jurnalistlər qatarla Vonsan şəhərindən çıxaraq poliqona tərəf yollanıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandığını elan edib. Bir müddət əvvəl isə Pxenyan may ayının sonlarında "Punqeri nüvə poliqonunun işinə xitam verəcəyini, nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözü qarşısında partladılacağını bildirmişdi.(modern)