İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma "erməni soyqırımının tanınması ilə əlaqədar plenar iclas keçiriləcək.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, bu barədə Knessetin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, müvafiq təkliflə solçu "Merets partiyasının lideri Tamar Zandberq çıxış edib.

Məsələnin əvvəllər olduğu kimi komissiyada deyil, parlamentin tam heyətlə müzakirəsinin lehinə iclasda iştirak edən 16 deputat səs verib. Debatların tarixi hələ ki, təyin edilməyib.

Bu ilin fevralında İsrail Knesseti qondarma "erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Xatırladaq ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə səbəb olub.