Qazax rayonunda avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ürkməzli yolunda qeydə alınıb.

İlkin məlumata görə, " VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hazırda onların kimlikləri müəyyənləşdirilir

Faktla bağlı araşdırma aparılır.