Bakı Metropolitenində daha bir nəfər özünü hərəkətdə olan qatarın altına atıb.

Unikal.org GoldNews.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Həzi Aslanov-Dərnəgül xətti ilə ilə hərəkət edən qatar Koroğlu stansiyasına daxil olduğu zaman baş verib. Gənc oğlan qatarın stansiyaya daxil olduğunu görüb, özünü relsin üzərinə atıb. Dərhal metropoliten əməkdaşları hadisəyə müdaxilə ediblər və gənc relslərin üzərindən çıxarılıb.

Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Unikal.org-a açıqlamasında bildirib ki, hadisə 09:25 radələrində baş verib.

O bildirib ki, hadisə qatar olmayan vaxt baş verib: "Sözügedən şəxs qatar gəlməmiş özünü relslərin üzərinə atıb və orada oturub. Dərhal hadisə ilə bağlı maşinistə məlumat verilib. Gərginlik kəsilib və sərnişin platformaya çıxarılıb. Heç bir xəsarət almayıb. Polisə təhvil verilib.

Qrum rəsmisi əlavə edib ki, sözügedən hadisə ilə bağlı qatarların hərəkətində 2 dəqiqə gecikmə baş verib.