Mövsümün sonunda "Barselonadan ayrılan Andres İnyestanın yeni klubunun adına aydınlıq gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını Yaponiyanın "Vissel Kobe klubunda davam etdirəcək. Bu barədə məlumatı klubun saytı yayıb.

Mayın 26-da İnyestanın təqdimat mərasimi keçiriləcək.

Futbolçu Yaponiya təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, burda ilinə 30 milyon dollar qazanacaq.