SON XƏBƏRLƏR
21 Iyun 2018
Ulduz futbçuya 16 ay həbs, 9 milyonluq cərimə
İDMAN 15:45 / 24.05.2018
İspaniya məhkəməsi "Monako”nun futbolçusu Radamel Falkaonu günahkar bilib.

Unikal.org xəbər verir ki, Falkaoya qarşı vergidən yayınma ittihamı irəli sürülmüşdü. Məhkəmə futbolçuya 16 ay həbs cəzası və 9 milyon avro cərimə kəsib.

Ancaq Falkao həbsxanada yatmayacaq. İspaniya qanunlarına görə, həbsxanaya yalnız 2 ildən artıq cəzaya məruz qalanlar salınır. Ona görə də, kolumbiyalı futbolçuya yalnız cəriməni ödəmək lazım gələcək.

Falkao 2011-2013-cü illərdə "Atletiko”da çıxış edərkən gəlirlərini gizlədib.