SON XƏBƏRLƏR
20 Iyun 2018
"Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı - SİYAHI
İDMAN 15:49 / 24.05.2018
"Qarabağ" klubu 9 futbolçu ilə yollarını ayırıb.

Unikal.org-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.

Klub göstərdikləri xidmətlər qarşılığında bu futbolçulara təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.