May ayının əvvəllərindən etibarən ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinə (Hyphantria cunea Drury, 1773) qarşı fitosanitar monitorinqlərə və mübarizə tədbirlərinə start verilib.

Bu barədə unikal.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində ümumilikdə 12 550 hektar sahədə müşahidə işləri həyata keçirib. Müşahidələr nəticəsində Şabran rayonu ərazisində 0,6 ha sahədə 32 dekorativ bəzək ağacında zərərvericinin birinci nəslinə aid tırtıllar aşkar edilib və sirayətlənmiş budaqlar kəsildikdən sonra sahədən kənarda yandırılma yolu ilə məhv edilib.