Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Bu barədə unikal.org-a  Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. 

Bildirilib ki, əfv siyahısında 634 nəfər məhkumun adı var. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb:

"Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər- Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev də əfv olunub. Həmçinin AXCP-nin Neftçala rayon Təşkilatının rəhbəri Elnur Fərəcovun, şair Saday Şəkərlinin və "Cristall Hallda terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin adı da əfv siyahısına düşüb.