Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini "Seçki Bəyannaməsinə daxil edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) "Seçki Bəyannaməsini açıqlayıb.

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik, deyə sənəddə vurğulanıb.

Bəyannamədə bildirilib ki, R.T.Ərdoğan yenidən prezident seçilərsə Qafqaz və Orta Asiya ölkələri ilə əlaqələr daha da inkişaf etdiriləcək, 2009-cu ildə qurulan Türk Şurası daha da gücləndiriləcək: "Bütün bunlar AKP-nin əsas hədəflərindəndir".