Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.

Unikal.org-un məlumatına görə, bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.