SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Instagram üçün bir yenilik daha: 48 saat bildirişi
DÜNYA 23:44 / 24.05.2018

Son aylarda sosial medyalar üçün bir yenilik eşidirik. Bu səfər YENƏ Instagram üçün bir yenilikdən bəhs edəcik. Facebook daxilində olan bu platforma üçün demək olar ki, 1-2 həftədə başqa başqa yeniliklər çıxır. Bu səfərki isə paylaşılan postlar (paylaşımlar) ilə bağlıdı.

Unikal.org technote.az-a istinadən bildirir ki, artıq istifadəçilər Instagram-da 48 Saat ərzində paylaşılan bütün postlara baxdıqlarında bunu bildiriş şəklində alacaqlar.

Alqoritmadaki dəyişikliklər səbəbi ilə Instagramda paylaşımlar xronolojik olaraq artıq görünmürdü. Bu səbəbdən istifadəçilər saatlarla bu platformada ola bilirdilər. İndi isə 48 saat ərzində paylaşılan bütün paylaşımları gördüyünüzdə bu sizə bildiriş şəklində göstəriləcək və bunun hesabına 48 saatdan daha əvvəl paylaşılan postlar maraqlı olmadığı təqdirdə sosial şəbəkəni tərk edə biləcəksiniz.