ABŞ Türkiyəyə Rusiyadan əldə etmək istədiyi "S-400 zenit-raket sisteminin alternativlərini təklif edir. 

Unikal.org-un  "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib.
"Əlbəttə, bu istiqamət yanlışdır. "S-400-lərin əldə olunması aramızda, Türkiyə və NATO arasında çoxlu problemlər yaradacaq. Biz onlara diplomatik təzyiq göstəririk, həmçinin, alternativlər təklif edirik, - deyə Pompeo Senatda dinləmələr zamanı bildirib.
"Ümid edirəm, onların addımları NATO-nun məqsədlərinə daha uyğun olacaq, - deyə dövlət katibi qeyd edib.