Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Məhərova Leyla Fərhad qızı Nardaran qəsəbəsinin Ləhiş bağları ərazisində atası ilə mübahisə edib.

Qadın mübahisədən sonra qarın nahiyəsinə bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.