"Real Sosyedad baş məşqçi məsələsini həll edib.

Unikal.org xəbər verir ki, İspaniya klubu Asyer Qaritano ilə anlaşıb. 48 yaşlı mütəxəssislə 2021-ci ilin yayına qədər müqavilə bağlanıb.

"Real Sosyedad mart ayında Eusebio Sakristanı istefaya göndərmişdi. Mövsümün sonuna qədər komandaya müvəqqəti olaraq İmanol Alqvasil rəhbərlik etmişdi.

Qaritano 2013-cü ildə "Leqanesdəki fəaliyyəti ilə tanınıb. O, bu klubu İspaniyanın 3-cü divizionundan elitaya yüksəltmişdi.