SON XƏBƏRLƏR
20 Iyun 2018
ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək
SİYASƏT 19:07 / 25.05.2018

ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin yaxın vaxtlarda Cənubi Qafqaza səfəri gözlənilir.

Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki 30-a yaxın daimi nümayəndəsi səfər edəcək.

Azərbaycanın ATƏT-dəki səfiri eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətinin tərkibində iştirakına qarşı çıxır.

Q.İsrafilovun sözlərinə görə, səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.