SON XƏBƏRLƏR
21 Iyun 2018
55 yaşlı kişi quyuya düşdü - Lənkəranda
HADİSƏ 22:37 / 25.05.2018

Lənkəranda 55 yaşlı kişi su quyusuna düşüb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, axşam saatlarında, şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, 1963-cü il təvəllüdlü Rafael Mirzəyev iş yerində su quyusundan su götürərkən ehtiyatsızlıqdan quyuya yıxılıb. Nəticədə R. Mirzəyev dərinliyi 8-10 metr olan quyuda köməksiz vəziyyətdə qalıb.

Onun səsinə gələn ətrafdakı insanlar hadisə barədə dərhal təcili yardım stansiyasına və FHN Cənub Regional Mərkəzinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər R. Mirzəyevi su quyusundan çıxararaq təcili yardım stansiyasının əməkdaşlarına təhvil veriblər.

R. Mirzəyev təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona orada yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.