SON XƏBƏRLƏR
18 Avqust 2018
Azərbaycan neftinin SON QİYMƏTİ - 80 dolları ötüb
İQTİSADİYYAT 23:11 / 25.05.2018

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 80,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,23 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 24-də 79,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,16 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 24-də 76,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 24-də 79,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,24 dollar/barel çoxdur.