SON XƏBƏRLƏR
16 Oktyabr 2018
15 Oktyabr 2018
Şamaxıda bədbəxt hadisə - 1 yaşlı uşaq ağır yaralandı
HADİSƏ 23:41 / 25.05.2018

Şamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib.

Unikal.org-un  "report”a istinadən xəbərinə görə, yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.